Mourinyo meydanda dava salan erməni futbolçunu dərhal… VİDEO

31 İyul 2021 18:40 Hadisə 1 368
Mourinyo meydanda dava salan erməni futbolçunu dərhal… VİDEO

“Roma”nın erməni futbolçusu Henrik Mxitaryan “Porto” ilə qarşılaşmada qalmaqal yaradıb.

Sportinfo.az xəbər verir ki, “Sputnik Ermənistan” Mxitaryanın “Roma” və “Porto” arasında keçirilən yoldaşlıq oyununda dava salmasının görüntülərini yayıb.

Belə ki, “Porto”nun müdafiəçisi Pepenin müdaxiləsindən sonra yerə yıxılan erməni futbolçu əsəblərini cilovlaya bilməyib.

Dərhal meydanda qarışıqlıq yaranıb və hər iki komandanın ehtiyat futbolçuları belə meydana daxil olub. Erməni futbolçunu çətinliklə sakitləşdirməyə nail olublar.

Maraqlıdır ki, Mxitaryan Pepenin kobud oynadığını iddia etsə də, hakim sözügedən epizodda yalnız erməni futbolçuya sari vərəqə göstərib.

Bundan sonra “Roma”nın baş məşqçisi Joze Mourinyu dərhal Mxitaryanı əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti