İdman naziri bu VİDEOya görə işdən çıxarılıb?

29 İyul 2021 09:20 Hadisə 1 175
İdman naziri bu VİDEOya görə işdən çıxarılıb?

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarovun işdən çıxarılması onun iclasda yatması ilə bağlı ola bilər.

Sportinfo.az xəbər verir ki, Azad Cabbarovun iclasda yatdığını əks etdirən görüntülər yayılıb.

Hətta bildirilirdi ki, nazirin yuxuya dalması Vasif Talıbovun çıxış etdiyi vaxta təsadüf edib. Ehtimal olunur ki, bu görüntülər yayıldıqdan sonra Azad Cabbarov qəzəbə tuş gəlib.

Bəzi məlumatlara görə, Azad Cabbarov Vasif Talıbova yaxın şəxs olub. O dərəcədə ki, qardaşı Turac Cabbarov Ali Məclis sədrinin mühafizə xidmətində çalışıb.

Azad Cabbarov Vasif Talıbovun sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Digər Xəbərlər
Xəbər Lenti