Oyundan əvvəl bacısı ona nə yazıb?

24 İyun 2021 00:14 Hadisə 522
Oyundan əvvəl bacısı ona nə yazıb?

Danimarka yığmasının qapıçısı Kasper Şmeyxelin bacısı Sesil Şmeyxel Rusiya ilə oyun barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Sesil həmin oyunda inanılmaz gərginlik yaşadığını bildirib.

O, qarşılaşmadan əvvəl qardaşına mesaj yazdığını da deyib:

“Bu, əsəblərin tarıma çəkilməsi idi. Hər dəfə top Kasperə tərəf gələndə Allaha yalvarırdım ki, hər şey yaxşı qurtarsın. Demək olar ki, özümə nəzarəti tam itirmişdim.

Evə gələndə hiss etdim ki, bütün bədənim ağrıyır. Oyundan əvvəl isə qardaşıma mesaj göndərmişdim. Ona bunları yazmışdım:

“İnanıram ki, layiq olduğunuz nəticəni əldə edə biləcəksiniz”.

Atmosfer də inanılmaz idi. Demək olar ki, göydən pivə yağırdı. Evə gələndə gördüm ki, çantam da pivə ilə islanıb”.

Digər Xəbərlər
Xəbər Lenti