Vətən müharibəsi şəhidi məzarı başında anıldı - FOTOLAR

17 May 2021 12:10 Hadisə 392
Vətən müharibəsi şəhidi məzarı başında anıldı - FOTOLAR

Mayın 16-da Bərdə rayon Lək kəndindən olan Vətən müharibəsi şəhidi Abışov Asif Əlövsət oğlunun 28 yaşı tamam olub.

Sportinfo.az xəbər verir ki, bu münasibətlə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, YAP rayon təşkilatının məsləhətçiləri Nurayə Məmmədova və Elmir Məmmədov çavuş Abışov Asif Əlövsət oğlunun ailəsinə baş çəkib, məzarını ziyarət ediblər.

Çavuş Abışov Asif sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Xocavənd rayonunun azad edilməsində iştirak edib və elə orada şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Abışov Asif Əlövsət oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin atası Əlövsət Abışov, anası İsbət Hətəmova və qardaşı Arif Abışov Asifin hərbidəki xidmətlərindən və ömür yolundan söz açıblar. Eyni zamanda Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.






Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu