Kramarenko gəldi, 20 ildən sonra avrokuboksuz qaldılar

17 May 2021 00:42 Hadisə 806
Kramarenko gəldi, 20 ildən sonra avrokuboksuz qaldılar

SSKA son 20 ilin ən uğursuz mövsümünü keçirib.

Sportinfo.az xəbər verir ki, komanda Premyer Liqanın sonuncu - 30-cu turunda səfərdə Moskva "Dinamo"suna 2:3 hesabı ilə uduzaraq 20 ildən sonra avrokuboklardan kənarda qalıb.

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun çalışdığı "hərbçilər" bu nəticədən sonra 2020/2021 mövsümünü 50 xalla 6-cı pillədə bitirib.

"Rubin" və "Soçi" 53 xalla müvafiq olaraq 4-5-ci yerləri tutub. "Lokomativ" 56 xalla 3-cü, "Spartak" isə 57 xalla 2-ci olub. "Zenit" isə sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko bu ilin əvvəlindən MOİK-də işləyir. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu