Stuxlik daha bir tanınmış hakimin "qələmini qırdı"

23 Aprel 2021 16:00 Hadisə 880
Stuxlik daha bir tanınmış hakimin "qələmini qırdı"

Mövsümün sonunda daha bir beynəlxalq dərəcəli hakim karyerasını başa vuracaq.

Söhbət Rəhim Həsənovdan gedir. AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuxlik ondan bu sahə ilə vidalaşmasınıı istəyib.

Avstriyalı funksioner yeni mövsümdə daha çox gənclərə etimad göstərəcəyini və yaşı 32-34-dən çox «fit sahibləri»ni Premyer Liqada görmək istəmədiyini elan edib.

Əslində Stuxlik Həsənovla 2 ildən artıqdır yola getmir. Xaqani Məmmədovun komitə sədrliyindən getməsindən sonra bir çox hakimin «qələmi qırılıb».

Rəhimin adının FİFA-ya göndərilən siyahıdan çıxarılması da bu dövrə təsadüf edir. O, cari mövsüm elitaya ən az təyinat alan «ədalət təmsilçiləri»ndən biridir.

Dəfələrlə onlar arasında mübahisə düşüb. Həsənov iclaslar zamanı sədrin üzünə qaayıdıb, verdiyi qərarlarla razılaşmayıb. Eynən Orxan Məmmədov kimi.

Nəticədə sonuncu yaxınlarda karyerasını 36 yaşında başa vurmaq məcburiyyətində qaldı, AFFA-da başqa işə işə keçməli oldu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!