Ermənistan Baş Qərargahı Paşinyanın istefasını tələb edir

25 Fevral 2021 13:30 Hadisə 360
Ermənistan Baş Qərargahı Paşinyanın istefasını tələb edir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Sportinfo.az xəbər verir ki, “Sputnik Ermənistan”ın məlumatına görə, bununla bağlı bəyanat yayılıb.

Baş Qərargah rəisi Onik Gasparyan, onun bütün müavinləri, şöbə müdirləri və bütün hərbi birləşmələrin komandirləri tərəfindən imzalanan açıqlamada Baş Qərargahın uzaqgörən və əsassız addımlara, xüsusən də Baş Qərargah rəisinin birinci müavininin vəzifədən çıxarılmasına qarşı kəskin etirazı ifadə edilib.

Hərbçilər hesab edir ki, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən kənarlaşdırılması qərarı Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib.

“Belə çətin şərtlərdə belə bir qərar dövlətə qarşı və məsuliyyətsiz bir addımdır”,- deyə bəyanatda qeyd olunub.

Bəyanatda Ermənistan Baş naziri və hökumətinin mövcud kritik məqamda adekvat qərarlar qəbul edə bilmədiyi vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"