DƏHŞƏT! Klub prezidenti və 4 futbolçu təyyarə qəzasında öldü - FOTO

25 Yanvar 2021 02:10 Hadisə 979
DƏHŞƏT! Klub prezidenti və 4 futbolçu təyyarə qəzasında öldü - FOTO

Braziliyanın D Seriyasında mübarizə aparan "Palmas" təyyarə qəzasına düşüb.

Sportinfol.az xəbər verir ki, bədbəxt hadisə bu gün səhər saatlarında baş verib.

Luzimanqese limanından havaya qalxan şəxsi təyyarə bir neçə dəqiqə sonra uçuş zolağının yaxınlığındakı əraziyə düşərək partlayıb.

Təyyarədə olan klub prezidenti Lukas Meyra və dörd futbolçu - Lukas Praksedes, Qilyerme Noe, Ranule, Markus Molinari həlak olub.

Futbolçular və klub rəhbərinin "Vila Nova" ilə oyun üçün Qoyaniyaya uçduğu bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti