"Atam bizi atıb getdi” - VİDEO

23 Yanvar 2021 02:38 Hadisə 1 806
"Atam bizi atıb getdi” - VİDEO

Qarabağ uğrunda gedən döyüşlərdə bir çox vətən oğlu canı, qanı bahasına ərazi bütövlüyümüzü bərpa etdi.

Belə oğullardan biri də Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edən 19 yaşlı Rüstəm Qurbanovdur.

Sportinfo.az xəbər verir ki, o, mina partlayışı nəticəsində ciddi xəsarət alıb. Bir ay danışa bilməyən, ayaqlarından yaralanan R.Qurbanov hazırda dövlətin yardımı sayəsində müalicə alır.

R.Qurbanov 2 yaşı olarkən atası onları atıb, Rusiyaya gedib. O vaxtdan Rüstəm atasını görməyib, anasının himayəsi altında böyüyüb.

Onun sözlərinə görə, hazırda ayaqları işləmir, kirayə yaşadığı ev isə balacadır. Evdə rahat hərəkət etmək üçün şərait yoxdur. O, köməksevər şəxslərdən yardım gözləyir.

Daha ətraflı Baku TV-nin xüsusi reportajını təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM