Türkiyəli hərbçilər Azərbaycana nə vaxt gələcək?

28 Noyabr 2020 11:30 Gündəm 406
Türkiyəli hərbçilər Azərbaycana nə vaxt gələcək?

“İşğalçı Ermənistanın Qarabağdan çıxarılması Türkiyə- Azərbaycan qardaşlığının gücünü bir daha dünyaya nümayiş etdirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay Plan və Büdcə Komissiyasının iclasında deyib.

“Otuz ildir Qarabağda davam edən Ermənistan zülmünə səssiz qalmadıq, bəzi ölkələr kar və kor olmağı seçdilər. Biz Ermənistanın mülki şəxsləri, şəhərləri bombalamasına susmadıq, hər cür imkanlarla Azərbaycanın yanında olduq”,- deyə F. Oktay vurğulayıb.

Türkiyə Prezidentinin köməkçisi Azərbaycana dəstək verməyə davam edəcəklərini bir daha xatırladıb:

“Şərqi Aralıq, Kipr və Liviya kimi bölgə məsələlərində Türkiyənin güclü duruşu və qardaş Azərbaycana 44 gündə Qarabağın azadlıq müharibəsində verdiyimiz dəstək davam etməkdədir.

Son qərarla Türkiyə hərbçiləri azərbaycanlı qardaşlarımızın hüquq və mənafelərini qorumaq üçün ən qısa müddətdə Azərbaycandakı vəzifələrini icra edəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"