"Neftçi"nin türkiyəli eks hücumçusundan erməni deputata sərt cavab

17 Oktyabr 2020 15:18 Gündəm 1 008
"Neftçi"nin türkiyəli eks hücumçusundan erməni deputata sərt cavab

Türkiyəli veteran futbolçu Ali Cansun Xalqların Demokratik Partiyasının (HDP) erməni deputatı Qaro Paylanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribatçı fikirlərinə cavab verib.

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin sabiq hücumçusu millət vəkilini terrora dəstək verməkdə günahlandırıb.

O, fikirlərini sosial şəbəkə hesabı üzərindən paylaşıb: "Yəqin, bu da sizin taleyinizə yazılıb ki, hər zaman terrorun və terroçunun yanında olacaqsınız.

Sənin qavrayış tərzini yesinlər. Azərbaycan erməni terrorçuları tərəfindən soyqırımına məruz qalmış və torpaqları işğal olunmuş ölkədir. Həmin ərazilər geri alınacaq".

Paylan hər iki ölkənin mülki vətəndaşları hədəf seçdiyini bildirərək onların atəşkəsə əməl etməli olduqlarını vurğulayıb.

Ali Cansun 2008/2009 mövsümündə "Neftçi"də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda