“Bundan sonra baş məşqçi olmaq istəyirəm, işləməyə hazıram”

18:35 Gündəm 232
“Bundan sonra baş məşqçi olmaq istəyirəm, işləməyə hazıram”

«Mən artıq özümü tam hazır hiss edirəm. Baş məşqçi kimi şans verilsə, ümidləri dogruldaram».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «B» kateqoriyalı məşqçi Zeynalabidin Hüseynov deyib.

Son olaraq «Şəki Siti»də Bəhmən Həsənovun köməkçisi işləmiş mütəxəssis artıq sərbəst çalışmaq istədiyini bildirib:

«Bir neçə təklif var idi. Sadəcə, «Şəki»dən sonra qərara aldım ki, bir az gözləyim.

Çünki bir klubda işləməkdən ötrü götür-qoy eləməlisən. İllərlə Birinci Liqada isləmişəm. MOIK, «İmişli» və «Qaradağ Lökbatan»da köməkçi məşqçi olmuşam.

Hamısı savadlı məşqçilər olub. Onlardan götürdüyüm çox şeylər var.

Təklif gələndə, ilk növbədə kiminlə işləyəcəyin və orada olan şərait önəmlidir. İddiası olmayan klubda heç bir inkisaf ola bilmez,

Bu, sadəcə, vaxt itkisidir. Mütləq gedəcəyim yer iddialı olmalıdır. Ən vacibi, oradakı məşqçi heyəti savadlı və peşəkar olmalıdır.

İllərlə köməkçi işlədim, artıq özümü sübüt etmək vaxtıdır. Birinci Liqa və ya İkinci Liqada iddiası, strukturlu bir klub olsa, təkliflərə baxmaq olar.

Artıq baş məşqçi kimi başlamaq istəyirəm. Gələn il «A» lisenziyalı kursu oxumaq fikrim var. Mən işləməyə hazıram».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti