Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun «bəxti açılıb».
Uzun illər aradan sonra arenada yenidənqurma prosesinə start verilib. İşə meydançadan başlanılıb.
Bu məqsədlə Bakıdan bu sahə üzrə təcrübəli mütəxəssis - Sulduz Salmanov dəvət olunub. Onun rəhbərliyi ilə briqada yaradılıb və qısa müddətdə bir sıra işlər görülüb.
Həmçinin suvarma sistemi yenidən qurulur. Martın sonunda sahəyə toxum səpiləcək. İki ay ərzində qazonun istifadəyə yararlı hala gətirilməsi gözlənilir.
Növbəti mərhələdə isə komandaların paltardəyişmə otaqları və hakimlər otağı genişmiqyaslı təmir aparılacaq. Onlar üçün nəzərdə tutulmuş yer bir neçə metr böyüdüləcək.
Yayda isə tribunalara «əl gəzdiriləcək». Sınıq-salxaq oturacaqlar yeniləri ilə əvəz olunacaq.
Şəhərin eyniadlı təmsilçisi hazırda I Liqada mübarizə aparır. «Mingəçevir»in məqsədi Premyer Liqaya vəsiqə qazanmaqdır.
SPORTİNFO.AZ

