COP29

​“Şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”

13 İyun 20:30 Gündəm 345
​“Şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək”

“Bu günə qədər 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub.

Proses demək olar ki, yekunlaşmaq üzrədir. Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaq”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, praktika müəyyən hallarda qanunda nəzərdə tutulmayan məsələlərin də ortaya çıxdığını göstərib: “Bunun da qanunvericiliklə tənzimlənməsi lazım idi. Bir müddət əvvəl bizə müraciət daxil olurdu ki, Qarabağ qazisi mənzil növbəsində olarkən dünyasını dəyişirdisə, onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılırdı. Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Onların bütün ailə üzvlərinin mənzil növbəsinə yazılması şamil olundu.

Eyni prosesi bir neçə hallarda şəhid ailələri arasında da müşahidə etdik. Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirsə, şəhidin övladları status yaşından keçirdisə mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək” (qafqazinfo).

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 18:10 Çək və bizə göndər!