COP29

"Nə zaman gətiriləcəyi barədə hələ dəqiq informasiya yoxdur”

22 Fevral 13:40 Gündəm 407
"Nə zaman gətiriləcəyi barədə hələ dəqiq informasiya yoxdur”

Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa”ya qarşı keçirəcəyi oyun üçün son tamamlanma işləri görülür.

Sportinfo.az xəbər verir ki, bu barədə “report”a açıqlamasında arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O bildirib ki, hazırda stadionda hər şey qaydasındadır, heç bir problem yoxdur.

T.Məmmədov arenada ötən ilin dekabrında uçan dam örtüyünün bərpası ilə bağlı Türkiyədən sifariş verilən tavanın nə zaman gətiriləcəyinin hələ dəqiq bilinmədiyini sözlərinə əlavə edib:

“Bu, müəyyən zaman tələb edir. Bu işlə sığorta şirkəti məşğuldur. Çünki stadion sığortalanmışdı. Nə zaman gətiriləcəyi barədə hələ dəqiq informasiya yoxdur”.

Fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"