COP29

Ermənistan ətrafında halqa daralır

3 İyun 2023 17:30 Gündəm 1 571
Ermənistan ətrafında halqa daralır

“Əlində silah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən istənilən şəxs təhlükısizlik qüvvələrimiz üçün legitim hədəfdir”.

Bunu politoloq Ədalət Verdiyev deyib.

“Bu günə olan mövcud real siyasi mənzərə belədir:

ABŞ və Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bayden, Putin və Blinken İlham Əliyevi iki gün əvvəl ardıcıl təbrik etdilər.

Türkiyədə prezident seçkilərində Ərdoğanın qələbə qazandı.

İsrail prezidenti Bakıdadır.

Avropa Birliyi (qismən Fransa xaric) Azərbaycana qarşı loyal mövqedədir.

Böyük Britaniya və Pakistan tamamilə bizmlədir.

İran da əvvəlki kimi bizimlə münasibətləri normallaşdırmaq istəyir. Artıq “qırmızı xətt” barədə heç nə eşitmirik.

Düşük komandir sayəsində batmaqda olan, “səması və döşəməsi deşik” yelkənsiz gəmiyə bənzəyən bədbəxt Ermənistan isə belə bir vəziyyətdə hələ də gah nala, gah da mıxa vurur: atəşkəsi pozur, ərazimizə diversant göndərir, amnistiya təklifindən imtina edən Qarabağdakı erməni terrorçularına maddi yardım göstərir”, - ekspert bildirib.

Ədalət Verdiyev qeyd edib ki, Ermənistanda kimsə Tehranın “qırmızı xətlər”inə arxayın olmasın.

“Belə bir durumda Qarabağdakı erməni terrorçuları və Ermənistandakı revanşistlər Allaha dua etməlidir ki, qaçılmaz “Dəmir Yumruq”dan sağ qurtula bilsinlər.

Əlində silah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən istənilən şəxs təhlükısizlik qüvvələrimiz üçün legitim hədəfdir”, - ekspert vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti