Premyer Liqanın ən problemli klubundan KRİTİK QƏRAR!

31 Mart 21:20 Gündəm 2 584
Premyer Liqanın ən problemli klubundan KRİTİK QƏRAR!

«Karvan» rəhbərliyi gələn mövsümə kiminlə başlayacağını müəyyənləşdirib.

Yevlax təmisilçisi Füzuli Məmmədovun təklifini qəbul edib.

Ötən ilin noyabrında «sarvanlar»ın sükanı arxasına keçən mütəxəssislə yollar ayrılmayacaq. Əksinə, işbirliyi ən azı 2027-cı ilin yayınadək davam eləyəcək.

Hansı vəd qarşılığında?

Vaxtilə «Neftçi»ni çalışdırmış F.Məmmədov komandaya I Liqanın çempionluğunu qazandıracağına və yenidən birbaşa elitaya qaytaracağına söz verib.

O, əminliklə bildirib ki, mövcud imkanlar daxilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək.

15 ildən sonra Premyer Liqaya qayıtmış «Karvan» hazırda 8 xala malikdir.

Çempionatın geridə qalan bölümündə dəfələrlə müxtəlif qalmaqal və problemlərlə gündəmə gəlmiş aranlılar hazırda bunun «meyvə»sini dərməkdədir - turnir cəvəlinin 12-ci pilləsinə «dəmir atıblar».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada