Azərbaycanda yeni çempionat yaradılır - AFFA və PFL-dən MÜHÜM ADDIM

30 May 2023 14:40 Gündəm 2 997
Azərbaycanda yeni çempionat yaradılır - AFFA və PFL-dən MÜHÜM ADDIM

AFFA və Peşəkar Futbol Liqası (PFL) birlikdə ölkə çempionatının strukturunda yenilik etməyi planlaşdırır.

Bu barədə Sportinfo.az-a federasiyadan məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, II Divizionun yaradılması yönündə layihə hazırlanıb.

Respublika birinciliyini əhatə edən islahatın növbəti mövsümdən tətbiqi nəzərdə tutulub. Buna əsasən, II Divizion Region Liqası ilə I Divizion arasında keçid rolunu oynayacaq.

Bu il Region Liqasında yarışan komandaların böyük əksəriyyəti I Divizionda qüvvəsini sınamaq istəyi ilə AFFA və Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

PFL-ə hardasa 30-a yaxın məktub gəlib. Lakin aydın məsələdir ki, onların hamısına müsbət cavab vermək mümkün deyil.

Əvvəla, yer məhduddur. Birinci dəstəyə cəmi 4 yeni iştirakçı tələb olunur. Digər tərəfdən, namizədlərin çoxu I Divizion meyarlarına cavab verən şəraitə malik deyil.

Nə bazaları var, nə stadionları, nə də maliyyəsi. Hamısı eşidib ki, AFFA yarışa qatılanların hər birinə 300 min manatlıq yardım ayıracaq, şirnikləniblər.

Elə bilirlər ki, halvadır və bu puldan kim necə istəyir, o cür də yararlanacaq. Vəsaitin xərclənmə istiqamətləri və tələbləri barədə heç elementar təsəvvürləri də yoxdur.

AFFA və PFL üzərinə düşən işi yüngülləşdirmək, eyni zamanda, ölkə çempionatının coğrafiyasını genişləndirmək məqsədilə bu yeniliyin icrasını vacib sayır.

Həmçinin II Divizionda mübarizə aparacaq komandalara dotasiyanın ayrılması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti