“Paşinyan hamıya sərf edir"

24 Mart 12:30 Gündəm 217
“Paşinyan hamıya sərf edir"

“Paşinyan hamıya sərf edir, Ermənistandan nə isə qoparmaq istəyənlər onun sayəsində belə bir şans əldə ediblər”.

Bu barədə analitik Karen Bekaryan fikir səsləndirib.

Karen Bekaryanın fikrincə, Azərbaycan bundan istifadə edərək çox şeyə nail olub. Eyni şey Türkiyəyə, kollektiv Qərbə, Rusiyaya da aiddir. Bununla belə, birinin qoparmaq istədiyi digərinə mane olur, nəticədə maraqların toqquşması baş verir: Kimsə maksimumu əldə etməyi bacarır, digəri isə yox”, – Bekaryan vurğulayıb.

“Ermənistan vətəndaşı kimi mən heç vaxt dağıdılmış suverenliyimizə bir daha zərbə vurulmasını istəməzdim. Xaricdən kimisə dəvət etmək əvəzinə cəmiyyətimiz ayılıb, özünə gəlsə və problemi ölkə daxilində həll etsə, daha yaxşı olar.

Daim suverenlik deyə qışqıran insanlar özlərinə sual verirlərmi ki, təhlükəsizliyini təmin etməyən ölkənin suverenliyindən danışmaq yersizdir”, – Karen Bekaryan fikirlərini tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti