Regekampf "yox" dedi, digərləri dəstək çıxdı - Qurban Qurbanovun təklifinə

19 Mart 2023 22:20 Gündəm 3 200
Regekampf "yox" dedi, digərləri dəstək çıxdı - Qurban Qurbanovun təklifinə

Xəbər verdiyimiz kimi, "Qarabağ" martın 26-da Bakı Olimpiya Stadionunda "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcək.

Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlamasında bildirib ki, İstanbul təmsilçisi ilə oyun üçün Premyer Liqanın digər komandalarından futbolçu götürə bilər. Səbəb əksər futbolçuların milli komandalara dəvət almasıdır. Zədəlilərin olmasını da nəzərə alsaq, durumun ciddiliyi gözlər önünə sərilmiş olur.

Təbii ki, belədə ilk ağıllara gələn ilk "altılıq"da qərarlaşan komandalar olacaq. Görəsən, onlar bu təklifə necə yanaşır?

"Neftçi"nin çalışdırıcısı Laurentsiu Regekampf "Kəpəz"lə oyundan sonra (2:2) mətbuat konfransında açıq-aşkar "Qarabağ"dan olan həmkarının təklifinə qarşı çıxdı. Heç bir oyunçusunu Qurbanovun sərəncamına vermək fikrində olmadığını dilə gətirdi.

Amma rumıniyalıdan fərqli olaraq "Sabah"ın baş məşqçisi Murad Musayev Qurban Qurbanova kömək etməyə hazır olduğunu bildirdi.

Elə digər klubların çalışdırıcıları bir ağızdan dəstək olmağa hazır olduqlarını Sportinfo.az açıqlamalarında dilə gətiriblər:

Elmar Baxşıyev ("Qəbələ"): "Qurban müəllimin açıqlaması ilə tanışam. Bizə hələki müraciət olunmayıb. Əgər olarsa, təbii ki, müsbət yanaşacağıq".

Ayxan Abbasov ("Turan Tovuz"): "Bəli, "Qarabağ"ın çox sayda futbolçusu milli komandalara dəvət olunur. Heyət kasaddır, hətta bəzi mövqelərdə oyunçusu belə yoxdur. "Qalatasaray"la oyun isə xeyriyyə məqsədi daşıyır. Bəlkə də hansısa klub ehtiyat edər. Amma şəxsən bizə müraciət olunsa heç bir problem yoxdur".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"