COP29

Belçika millisini Bakıya almaniyalı baş məşqçi gətirəcək?

28 Yanvar 2023 22:40 Gündəm 830
Belçika millisini Bakıya almaniyalı baş məşqçi gətirəcək?

Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yığmasını Bakıya Domeniko Tedesko gətirə bilər.

Sportinfo.az HLN nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın baş məşqçisi olmağa əsas namizədlərdən biridir.

Almaniyalıya maraq Belçika Futbol Assosiasiyasının yeni texniki direktoru Frank Verkauterenin adı ilə bağlıdır. Onun fikrincə, bir neçə dildə danışa bilən və taktikanı sevən Tedesko yığmanın tələblərinə cavab verir.

İddiaya görə, Tedeskonun özü də Belçika seçməsinə başçılıq etməkdə maraqlıdır. Komandanın yeni baş məşqçisinin adı gələn həftə açıqlanacaq.

Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv "qırmızı şeytanlar"a qarşı ilk oyununu bu il sentyabrın 9-da Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"