"O, Azərbaycan millisini gücləndirəcək, görünür ki..."

3 Dekabr 2022 13:20 Gündəm 806
"O, Azərbaycan millisini gücləndirəcək, görünür ki..."

Azərbaycan millisinin veteran futbolçusu Deni Qaysumov sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Rusiyada yaşayan yığmamızın keçmiş müdafiəçisi "Ximki"nin üzvü Ayaz Quliyevin Azərbaycan millisində oynaya biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Onun fikrincə, Ayaz millimizə xeyir verə biləcək:

"Ayaz Quliyevə Azərbaycan pasportunun verilməsi barədə xəbərləri görmüşəm. O, təcrübəli futbolçudur. Rusiya Premyer Liqasında oynayır.

Məlum məsələdir ki, Azərbaycan millisini gücləndirəcək. O, bir neçə il bundan əvvəl millidə oynamalı idi.

Görünür ki, Ayaz Rusiya millisindən dəvət gözləyirmiş. Hər halda, onun kimi keyfiyyətli və təcrübəli futbolçunun Azərbaycan millisində oynaması sevindiricidir".

Rusiya mətbuatı "Ximki"nin üzvü Ayaz Quliyevə Azərbaycan pasportu verildiyini və "Neftçi"yə keçə biləcəyi haqda yazıblar.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!