“Sportinfo” xəbər yaydı, ictimaiyyət AFFA-nın üstünə qalxdı

13 Avqust 2022 17:00 Gündəm 2 159
“Sportinfo” xəbər yaydı, ictimaiyyət AFFA-nın üstünə qalxdı

Saytımızda dərc olunan xəbər geniş rezonans doğurub.

“Qarabağ”ın Premyer Liqanın yeni titul sponsorunun onlara ayırdığı maliyyə vəsaitindən imtina etməsindən məlumatlısınız.

Ölkəmizin Avropadakı qüruru 3 milyon manatlıq paketi qəbul etməyib.

Çünki həmin məbləğin qarşılığında “Qarabağ”ın qarşısına şərt qoyulub. Şərt ondan ibarət imiş ki, 3 milyon manat büdcəyə köçürüləcəyi halda klubda Müşahidə Şurası yaradılmalı, şuranın tərkibində AFFA-ya bağlı şəxs yer almalıdır.

“Qarabağ” rəhbərliyi müraciətə sona qədər qulaq asmamış təklifi rədd edib.

“Sportinfo”nun yaydığı xəbəri bəzi sosial şəbəkə səhifələri oxucularına təqdim edib. Yazılanlarla tanış olan izləyicilərin “başından od çıxıb”. Onlar AFFA-nı “Qarabağ”ı ələ keçirməkdə, uğurlarına şərik çıxmaq istəməkdə günahlandıraraq qurumu göydən yerə vurublar.

Şərhlərin əksəriyyətində senzuranı aşan ifadələr yer aldığından, bir hissəsini təqdim edirik:

“Hə, klublara demək istəyir ki, gəlin, mənim müstəmləkəm olun. İnkişaf nəyə lazımdır, özümüz üçün yeyək də”.

“UEFA-dan gələcək pulları görüb iştaha gəliblər”.

“AFFA, “Qarabağ”dan əlini çək”.

“Əhsən! Klub rəhbərliyi doğrusunu edib. AFFA hansı klubumuza xeyir verib ki, “Qarabağ”a da versin? Redd edin, getsin”.

“Normal bir klubumuz var, onu da məhv etmək istəyirlər”.

“Bizə ehtiyac deyil sizin pulunuz. Millini biabırçı vəziyyətə salmısız, indi də keçin “Qarabağ”a”.

“AFFA, zəhmət olmasa, “Qarabağ”ın işinə qarışmayıb. Sizin əl qoyduğunuz milli hələ də özünə gələ bilmir”.

“Bizə AFFA yox, “Qarabağ” lazımdır. “Qarabağ” AFFA-sız da futbolumuz üçün hər şey edir”.

“3 milyonunuz dəysin başınıza. Qrupa düşək, 15 milyon bizimdir. Hələ əlavələri də saysam, 20 milyondan çox pul qazanmış oluruq”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"