Geosiyasi savaş Azərbaycana yaxınlaşır – TƏHLÜKƏ

7 İyul 15:50 Gündəm 565
Geosiyasi savaş Azərbaycana yaxınlaşır – TƏHLÜKƏ

Ukrayna müharibəsi Rusiya və Çinin Qərbə qarşı birləşməsinə zəmin yaradıb, hərçənd, Avrasiyanın iki əsas gücü arasında heç də hər şey yolunda getmir. Xüsusilə bir neçə coğrafiyada Moskva və Pekinin toqquşan maraqları ön plana çıxır.

Bu coğrafiyalardan biri də Cənubi Qafqazdır.

Pakistanlı analitik Ağa Hüseyn hesab edir ki, Rusiya və Çinin maraqları Mərkəzi Asiyadan fərqli olaraq, Cənubi Qafqazda daha çox toqquşur.

“Cənubi Qafqazın strateji mövqeyi Pekin və Moskvanın orada uzlaşmağsını çətinləşdirir.

Avrasiyada hegomonluğun qorunub saxlanılması baxımından da Rusiya üçün Cənubi Qafqaz Mərkəzi Asiyadan daha həssas regiondur, çünki Azərbaycan, Gürcüstan və Ermənistanın qeyri-rus torpaqlarına çıxışı Mərkəzi Asiya ölkələrindən qat-qat genişdir.

Bunun sayəsində region ölkələri Qərblə də güclü əlaqələr qura biliblər. Bu baxımdan, Rusiya Çin və Avropa İttifaqı arasında “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Cənubi Qafqazın ticarət mərkəzinə çevrilməsi perspektivindən narahatdır”, - pakistanlı analitik yazır.

Onun fikrincə, Cənubi Qafqaz üç güc mərkəzinin – Qərb, Rusiya və Çinin toqquşma coğrafiyasına çevrilir.(publika.az)

Digər Xəbərlər
Xəbər Lenti