Qarabağ və sərhəddə orduya “hazır ol” əmri verildi

4 İyul 2022 16:30 Gündəm 1 348
Qarabağ və sərhəddə orduya “hazır ol” əmri verildi

Müdafiə naziri Zakir Həsənovun xidməti müşavirəsində iki məqam diqqət çəkirdi:

Birincisi, Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitinin təhlil edilməsi;

İkincisi, komando birliklərinin fəaliyyətinin müzakirə edilməsi;

Həm sərhəddə, həm Qarabağda ordunun hazırlıqlı olması, həm də komando birliklərinin döyüş hazırlığına diqqət yetirilməsi tapşırığı verildi.

Belə müşavirələr davamlı keçirilir və bu də növbəti müzakirələrdən biri hesab oluna bilər. Lakin son proseslər fonunda xüsusilə maraqlıdır: Qarabağdakı erməni ordusunun qalıqlarının muzdlularla əvəzlənməsi istəyi,

Laçın şəhərinin təhvil verilməsinə qarşı etirazlar, sərhədin delimitasiyası işində ermənilərin problemlər yaratması və s;

Bütün hallarda ordunun daim hazır olması vacibdir, çünki bir neçə aydır hökm sürən sakitlik ermənilərin “baş qaldırması”na şərait yaradıb, “buynuzlarını çomağa sürtürlər”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı