Qarabağa göndərilən muzdlu dərhal məhv ediləcək - VİDEO

1 İyul 2022 13:30 Gündəm 788
Qarabağa göndərilən muzdlu dərhal məhv ediləcək - VİDEO

"Azərbaycan Ordusu Ermənistandan Qarabağa göndərilən istənilən silahlı şəxsi zərərsizləşdirmək hüququna malikdir".

Bu sözləri axar.az-a Ermənistanın son zamanlar Qarabağda gərginliyi artırmaq məqsədi güdən qərarları haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə, artıq ölkəmizin güc strukturları öz fəaliyyətini daha da aktivləşdirilməlidir:

“Baş Prokurorluğun Aralık Arutyunyanın tezliklə həbs olunacağı haqqında bəyanatını eşitmişdik. Ancaq görünən odur ki, bu kimi fəaliyyətlərdə müəyyən ləngimələr var. Düşünürəm ki, Ermənistandan Qarabağa silahlandırılaraq göndərilən terrorçuların bir neçəsi Ordumuz tərəfindən məhv edilərsə, o zaman ümumiyyətlə, erməni ictimaiyyətində ölkəmizin ərazisinə terrorçu göndərmə meyilləri tamamilə yox olacaq.

Ordumuz, hüquq-mühafizə orqanlarımız əllərində olan bütün güc, imkan və vasitələrdən istifadə etmək yolu ilə bu həyasızlığın, cinayətin qarşısını almalı və ərazimizə pis niyyətlə daxil olmaq istəyən istənilən erməni terrorçu məhv edilməlidir”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Qarabağa “müqaviləli hərbçilər”in göndəriləcəyi haqda açıqlama yayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”