"Kayrat"ın azarkeşləri növbəti dəfə komandanın baş məşqçisi Kurban Berdiyevdən narazılıqlarını bildirib.
Fanatlar Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a 1:2 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyindən 69 yaşlı türkmənistanlı mütəxəssisin istefaya göndərilməsini tələb ediblər.
Onlar əvvəlki baş məşqçi Aleksey Şpilevskinin qaytarılmasını istəyiblər.
Berdiyev yaranmış vəziyyəti klub rəhbərliyi ilə müzakirə edib. O, hələ Bakıda - matçdan 1 saat sonra rəsmilərlə bir araya gəlib, iş yerindən ayrılmağa hazır olduğunu bildirib.
Tanınmış mütəxəssis komandanın 3 tura 1 xal toplamasının səbəbi təcrübəsizlikdir. «Rubin»ın sabiq çalışdırıcısı bəzi futbolçuların onun taktiki bazışlarına uyğun gəlmədiyini bir daha xatırladıb.
İdarəçilər Berdiyevin fikirləri ilə böyük ölçüdə razılaşıblar və tələsik addım atmaq istəmədiklərini qeyd ediblər.
Baş məşqçiyə işinin başında dayanması tapşırılıb – onun məsələsinə qrup mərhələsinin yekun nəticələrinə aydınlıq gələndən sonra baxılacaq.
SPORTİNFO.AZ