Azərbaycanda koronavirusa 2064 yoluxma - 28 nəfər öldü

15 Sentyabr 2021 22:50 Gündəm 803
Azərbaycanda koronavirusa 2064 yoluxma - 28 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sportinfo.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 025 nəfər müalicə olunaraq sağalıb, 6 195 nəfər vəfat edib, aktiv xəstə sayı 39 170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 972, ötən müddət ərzində isə ümumilikdə 4 690 082 test aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti