"Bakıda təzyiq altında olmağımız bəlkə də yaxşıdır"

20 İyun 2021 19:40 Gündəm 874
"Bakıda təzyiq altında olmağımız bəlkə də yaxşıdır"

İsveçrə milli komandasının futbolçusu Manuel Akanci AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Türkiyə yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Türkiyə ilə oyunun son şansları olduğunu deyib:

“Futbolda işlər çox tez dəyişir. Türkiyə ilə oyun son şansımızdır. Ən azından bir şansımızın olması çox vacibdir. Hər birimiz nəsə etmək istəyirik.

Daha əvvəl nələrə qadir olduğumuzu göstərmişik. Bakıda təzyiq altında olmağımız bəlkə də yaxşıdır. Yaxşı oyun sərgiləyib, qələbə qazanacağımıza əminəm”.

İyunun 20-də, Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə matçı saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"