Xəbərdarlıq etdilər: Getməyin, amma… 1000 nəfər

18 May 2021 12:40 Gündəm 812
Xəbərdarlıq etdilər: Getməyin, amma… 1000 nəfər

Avro-2020-nin qrup mərhələsindəki ilk iki oyununu Bakıda keçirəcək Uels yığması paytaxtımızda dəstəksiz qalmayacaq.

Sportinfo.az "Belfast Telegraph"a xəbər verir ki, 1000 azarkeşin yığmaya dəstək olmaq üçün Bakıya gəlməsi gözlənilir.

Onların koronavirus pandemiyası ilə bağlı bütün tələbləri yerinə yetirməyə hazır olduğu vurğulanıb.

Uels Futbol Federasiyası isə azarkeşlərdən Azərbaycan və İtaliyada keçiriləcək Avro-2020 oyunlarına səyahətlə bağlı İngiltərə hökumətinin xəbərdarlıqlarına qulaq asmağa çağırıb.

İki ölkə Uels və İngiltərə hökumətlərinin sərt karantin qaydaları olan ölkələrin "qırmızı siyahı"sında olduğu üçün azarkeşlərin Azərbaycan və İtaliyaya getməməsi tövsiyə olunub.

Uels yığması iyunun 12-də İsveçrə, 16-da Türkiyə ilə Bakı Olimpiya Stadionunda, ayın 20-də İtaliya ilə Roma Olimpiya Stadionunda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti