Dünyada yeni pandemiya XƏBƏRDARLIĞI

7 Aprel 2021 11:50 Gündəm 871
Dünyada yeni pandemiya XƏBƏRDARLIĞI

Türkiyəli uzman onkoloq Halis Yerlikaya dünyanı onkoloji pandemiyanın bürüyəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, buna səbəb kimi koronavirusun yayılmasını göstərib.

Mütəxəssisin sözlərinə görə, pandemiya səbəbi ilə digər xəstəliklərin müalicəsi üçün xəstəxanaya müraciət edənlərin sayı azalıb:

“Xəstəxanalar tamamilə koronaviruslu xəstələrlə dolduğu üçün insanlar virusun yaratdığı qorxu səbəbi ilə tibb müəssisələrinə getmədilər.

Diaqnoz qoyulmayan çox sayda xəstəmiz var. Bütün bunların nəticəsi olaraq, yaxın illərdə bir xəstə qrupunun yığılacağını düşünürük. Bu səbəbdən bizi xərçəng pandemiyası gözləyir”.

Yerlikaya vurğulayıb ki, qarşıdan gələn illərdə xərçəng ən çox rast gəlinən xəstəliklərdən biri olacaq və ölümə səbəb olan xəstəliklərin başında gələcək.

Həkim eyni zamanda qeyd edib ki, xərçəng qarşısı alına bilinən və müalicəsi mümkün xəstəlikdir.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda