Mübariz Mənsimovu gözləyənlər nə etdi? - VİDEO

5 Mart 2021 23:40 Gündəm 1 897
Mübariz Mənsimovu gözləyənlər nə etdi? - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün İstanbul Ədalət Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Sportinfo.az xəbər verir ki, məhkəmə prosesində şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib.

O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

Qərara əsasən, Mübariz Mənsimov 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Martın 3-də İstanbul Cümhuriyyət Prokurorluğu iş adamının məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.

M. Mənsimov ötən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 20:00 Çək və bizə göndər!