Mehriban Əliyeva: "Bu qətliama heç nə ilə haqq qazandırmaq olmaz!”

26 Fevral 2021 09:50 Gündəm 395
Mehriban Əliyeva: "Bu qətliama heç nə ilə haqq qazandırmaq olmaz!”

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, həmin paylaşımda deyilir:

“Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq.

Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti