Yığmamızın üzvündə istifadəsi qadağan olunan dərman preparatı tapıldı

5 Yanvar 2017 15:24 Güləş 837
Yığmamızın üzvündə istifadəsi qadağan olunan dərman preparatı tapıldı

Azərbaycan idmanında növbəti dopinq qalmaqalı yaşanıb. Sportinfo.az-ın məlumatına görə, bu dəfə güləşçimiz Zubair Dibirovun qanında istifadəsi qadağan olunan dərman preparatı aşkarlanıb. Yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya çempionatındakı testi müsbət nəticə verib.

Fransanın Makon şəhərindəki yarış zamanı onun orqanizmində stanozolol metabolites maddəsi aşkarlanıb. Bu səbəbdən də 74 kq çəki dərəcəsində qüvvəsini sınayan Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib.

O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək. Bundan bir qədər öncə digər güləşçimiz Vitali Rəhimovdan Pekin-2008-də götürülən analiz müsbət nəticə vermişdi və təmsilçimiz Olimpiya “gümüş”ündən məhrum edilmişdi. Dibirov dünya birinciliyində 1/4 finalda mübarizəni dayandırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı