"Finaldan öncə özümə inamım çox idi, revanş hissi ilə alışıb yanırdım"

22 May 2024 08:20 Güləş 1 192
"Finaldan öncə özümə inamım çox idi, revanş hissi ilə alışıb yanırdım"

"Revanş hissi ilə alışıb-yanırdım".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) deyib.

İdmançımız turnirin qalibi olmaq üçün əlindən gələni etdiyini bildirib:

"Ardıcıl 3-cü dəfə finala çıxırdım. Bunlardan ikisində qalib olmuşdum.

Keçən il isə U-23 Avropa və dünya çempionatlarında həlledici görüşdə moldovalı rəqibə uduzmuşdum. Finalda qarşılaşdığım türkiyəli güləşçiyə də 2 dəfə uduzmuşam.

Əvəz çıxmaq üçün ən gözəl yer "doğma divarlar” idi. Azarkeşlərin önündə istəyimə nail oldum.

Yarışdan öncə bütün taktikanı bu 2 rəqibə görə qurmuşdum. Qələbəyə görə çox şadam. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

Çempionluğu yeni doğulan bacım oğluna və hərbi xidmətdə olan ən yaxın dostum Elcan Məmmədova həsr edirəm. Finaldan öncə özümə inamım çox idi.

Revanş hissi ilə alışıb yanırdım. Arzum budur ki, böyüklərdə də yüksək nəticələr qazanım. Məşqləri daha da artıracağam”.

X.Həsənli finalda Yüksəl Sarıçiçeyi (Türkiyə) üstələyərək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi