Azərbaycan milli komandası Ukraynada təlim-məşq toplanışındadı

27 Fevral 2017 14:36 Güləş 718
Azərbaycan milli komandası Ukraynada təlim-məşq toplanışındadı

Qadın güləşi üzrə Azərbaycan milli komandası Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışındadı. Sportinfo.az xəbər verir ki, yığma üzvləri bu ölkənin milli komandası ilə birgə hazırlıq keçir. Azərbaycan millisinin üzvləri ilə yanaşı, Ukrayna, ABŞ, İsrail və Litva güləşçiləri də toplanışda iştirak edir.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Kiyevə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yollanıb.

Onlar Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirir. Hazırlıq prosesi martın 2-də başa çatacaq. Daha sonra yığma üzvləri 3 - 4 martda Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunan XXI beynəlxalq turnirə qatılacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti