Firdovsi Umudov: "ABŞ-la görüşdə iranlı azarkeşlər nədənsə rəqibi dəstəkləyirdi"

26 Fevral 2017 12:23 Güləş 746
Firdovsi Umudov: "ABŞ-la görüşdə iranlı azarkeşlər nədənsə rəqibi dəstəkləyirdi"

"Dünya kubokuna yaxşı hazırlaşmışdıq. Komandada daim qələbə ruhu var. Təbii, hər zamankı kimi, bu dəfə də İrana iddialı yollanmışdıq. Bizə Kirmanşahda çətin olacağını bilirdik. Heyətdə xeyli gəncin olmasına baxmayaraq, sonda fərqlənməyi bacaqdıq".

Sportinfo.az xəbər verir ki, bunu dünya kubokunda 3-cü yer tutan sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov dedi. Titullu mütxəssisin fikrincə, qrupda ABŞ-la son görüşdə onları sıxıblar: "Qrup mərhələsinin ilk 2 qarşılaşmada müvafiq olaraq Rusiya və Gürcüstan komandalarına qalib gəldik.

Məqsədimiz ABŞ pəhləvanlarını da məğlub edib finala yüksəkmək idi. Amma hakim qərəzi buna imkan vermədi. Həlledici görüşdə 5:2 irəlidə olmağımıza rəğmən, yersiz xəbərdarlıqlar bizi finaldan etdi. Yerli azarkeşlər də nədənsə rəqibin tərəfindəydi, zalda daim onları qələbəyə səsləyirdilər. Komandamızı bəzi hallarda İran azərbaycanlıları dəstəkləyirdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti