"Bütün proseslər yığmanın xeyrinədi"

28 Dekabr 2016 09:12 Güləş 727
"Bütün proseslər yığmanın xeyrinədi"

"2017-ci ildə bizi çətin sınaqlar gözləyir. İlk olaraq Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etməliyik" - Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış sərbəst güləşçi Toğrul Əsgərov deyib.

T.Əsgərov sərbəst güləş üzrə yığma komandadakı məşqçi dəyişikliyindən və evdə keçirilən yarışların məsuliyyətindən danışıb: "Ümumiyyətlə doğma azarkeşlər, doğma divarlar qarşısında keçirilən yarışlar çox məsuliyyətli və çətindi.

İnanıram ki, "Bakı 2015" I Avropa Oyunlarında qazandığımız uğurları İslam Oyunlarında da təkrarlayacağıq. Yığma komandada məşqçi dəyişikliyi olur. Bu cür proseslər uzun müddətdir müşahidə olunur. Bütün proseslər yığmanın xeyrinədi".

Olimpiya mükafatçısı qarşıdan gələn yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik edib: "Qarşıdan 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il gəlir. Bu bayramlar münasibətilə hər bir kəsi, eləcə də idmançıları təbrik edir, onlara uğurlar arzu edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti