"Gətizdirib dəyişdirdik, sonra..."

24 Fevral 2017 17:12 Güləş 751
"Gətizdirib dəyişdirdik, sonra..."

Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Firdovsi Umudov İranın Kirmanşah şəhərində keçirilmiş Dünya Kuboku zamanı Azərbaycan bayrağı ilə bağlı yaşanan qalmaqala bir daha aydınlıq gətirib. Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Gənclər və İdman Nazirliyində təşkil olunmuş mətbuat konfransında bu barədə açıqlama verib.

Bayraq qalmaqalı Azərbaycan - Rusiya görüşü zamanı yaşanıb. Umudov bildirib ki, onların etirazından sonra Azərbaycan bayrağı ilə bağlı yanlışlıq aradan qaldırılıb: "Dedim ki, bayrağınızı səhv vursalar, xoşunuza gələr? Bizə başqa bayrağın olmadığını bildirdilər.

O boyda İranda Azərbaycan bayrağının olmaması gülməli məsələdir. Çünki daha əvvəl də bu cür hadisə olmuşdu. Bildirdik ki, bayraq dəyişdirilməsə, yarışa çıxmayacağıq. Bizim üzərimizdə hər zaman bayraq olur. Gətizdirib, dəyişdirdik. Ondan sonra yarışa çıxdıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti