Gənc sərbəst güləşçilərimiz AÇ üçün Romaya yola düşür

1 Avqust 2018 00:50 Güləş 624
Gənc sərbəst güləşçilərimiz AÇ üçün Romaya yola düşür

Romada gənc güləşçilərin Avropa birinciliyi keçirilir.

Sportinfo.az xəbər verir ki, yarışın son günlərində, 3-5 avqustda mübarizəyə qoşulacaq “sərbəstlər”imiz sabah İtaliyaya yola düşəcəklər.

Məşqçilər Rövşən Hacıyevin və Nazim Əlicanovun rəhbərliyi ilə rəqabətdə 10 bahadır yer alıb.

Bunlar Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmoyev (97 kq) və Rahid Həmidlidir (125 kq).

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı