Azərbaycan yığmasının 4 üzvü Türkiyədə finala vəsiqə qazandı

28 İyul 2018 16:12 Güləş 523
Azərbaycan yığmasının 4 üzvü Türkiyədə finala vəsiqə qazandı

Azərbaycanın 4 güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnirdə finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbek Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəliblər.

Onlar həlledici görüşdə müvafiq olaraq, Mehran Nasiriafraçali (İran), David Teylor (ABŞ) və Mojtaba Goleijlə (İran) üz-üzə gələcəklər.

Qadın güləşçilərin mübarizəsində İrina Netreba (65 kq) finala çıxıb. Onun rəqibi İlona Prokopevniuk (Ukrayna) olacaq. Azərbaycanın daha bir qadın güləşçisi Elis Manolova (65 kq) bürünc medal uğrunda Mariya İlçişinlə (Ukrayna) qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti