Yunan-Roma güləşçilərimizdən 5 medal – Ən yüksək nəticəni Taleh Məmmədov göstərdi

23 İyul 2018 00:40 Güləş 630
Yunan-Roma güləşçilərimizdən 5 medal – Ən yüksək nəticəni Taleh Məmmədov göstərdi

İstanbulda Vəhbi Əmrənin və Həmid Qaplanın xatirəsinə yunan-Roma güləşçiləri arasında reytinq xarakrerli beynəlxalq yarış başa çatıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Şaban Donat və onun köməkçiləri – Rövşən Bayramov, Emin Əhmədov, Turac Hüseynlinin komandası uğurlu çıxış edib.

Taleh Məmmədov (63 kq) bütün görüşləri udub. İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənib. Sakit Cəlilov (60 kq), Kamran Məmmədov (67 kq), Elvin Mürsəliyev (82 kq) 3-cü yer tutublar. Həsən Əliyev (77 kq) 5-ci olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti