Yığma komandamız Rusiya millisi ilə 4:4 edib qalib gəldi

16 Fevral 2017 19:48 Güləş 986
Yığma komandamız Rusiya millisi ilə 4:4 edib qalib gəldi

İranda böyüklər arasında sərbəst güləş üzrə Dünya kuboku yarışları davam edir. Sportinfo.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparır.

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan Azərbaycan pəhləvanları görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32:29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub.

Təmsilçilərimiz ikinci raundda Gürcüstan, daha sonra isə ABŞ güləşçiləri ilə qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı