Nazirin maliyyə yeyintisinə görə qovduğu baş katibə vəzifə verildi

5 İyun 2018 18:12 Güləş 1 007
Nazirin maliyyə yeyintisinə görə qovduğu baş katibə vəzifə verildi

Azərbaycan Güləş Federasiyasının sabiq baş katibi Əjdər Cəfərova yeni vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, 2 saylı Olimpiya Ehtiyat Təhsil İdman məktəbinə direktor təyin olunub.

Məlumatı saytımıza Təhsil Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov da təsdiqləyib.

Əjdər Cəfərov uzun illər Azərbaycan Güləş Federasiyasının baş katibi olub. O, 2016-cı il fevralın 4-də federasiya prezidenti Fazil Məmmədovun əmri ilə işdən azad olunub.

Sportinfo.az xəbər verir ki, Əjdər Cəfərovun güləşçilərin şikayətinə və maddi yeyintilərə görə federasiyadan qovulduğu iddia olunurdu.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı