Qurban Qurbanov bütün rəqiblərindən üstün oldu - Gürcüstanda

5 İyun 2018 00:50 Güləş 986
Qurban Qurbanov bütün rəqiblərindən üstün oldu - Gürcüstanda

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçilərin beynəlxalq turnir keçirilib.

Sportinfo.az xəbər verir ki, bu sınaqda millimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

​

Qurban Qurbanov (45 kq) bütün rəqiblərindən üstün olub. Bu çəkidə finalda komanda yoldaşına uduzan Fərhad İsrafilov (45 kq), eləcə də Ruslan Hədisov (65 kq) və Sərxan Məmmədov (110 kq) 2-ci pilləni tutublar.

Həsrət Cəfərov (51 kq), Xasay Həsənli və Adəm Hacızadə (hər ikisi – 60 kq) 3-cülüklə kifayətləniblər. Hakimlər briqadında bizdən Zaur Şərifovla Elgün Məmmədov yer alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı