Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə Olimpiya mükafatçımız, üçqat dünya çempionumuz Hacı Əliyev ikinci dəfə Avropa çempionu olub.
Sportinfo.az xəbər verir ki, 65 kq-da yarışan Hacı qızıl medal qazanmaq üçün finalda Rusiyanı təmsil edən qumuq idmançısını məğlub edib.
O, İlyas Bəybulatovla görüşdə 2:7 hesabı ilə uduzsa da, sonda 8:7 qalib gəlib. Hacı Əliyev final görüşündən sonra fikirlərini bölüşüb.

