"Bu qədər gözləmirdim, müəyyən səhvlər olmasaydı..."

6 May 2018 13:07 Güləş 895
"Bu qədər gözləmirdim, müəyyən səhvlər olmasaydı..."

Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, qadın güləşi millimiz 1 qızıl, 1 gümüş və 3 bürünc medalla komanda hesabında 4-cü oldu.

Bu növdə ilk dəfə qitənin ən güclülərinin yarışını 5 mükafatla başa vuran yığmanın baş məşqçisi Aslan Ağayev yekundan məmnun qalıb:

“Avropa çempionatına qədər qatıldıq bir neçə yarışda iştirak etdik. Təlim-məşq toplanışı da uğurlu oldu. Bura 9 güləşçi ilə qatıldıq. Jurnalistlərə müsahibədə 1 dəst medal qazanacağımızı söyləmişdim.

Amma düzü, bu qədər gözləmirdim. Müəyyən səhvlər olmasaydı, daha yaxşı nəticə olardı. Qarşıdakı dünya çempionatında səhvlərimizi düzəldim uğuru davam etdirmək niyyətindəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı