Yığma komandamızın rəqibləri məlum oldu: ABŞ, Rusiya, Gürcüstan

6 Fevral 2017 19:12 Güləş 754
Yığma komandamızın rəqibləri məlum oldu: ABŞ, Rusiya, Gürcüstan

Fevralın 16-17-də sərbəst güləşçilərin İranın Kirmanşah şəhərində keçiriləcək Dünya Kuboku yarışının püşkü atılıb. Sportinfo.az xəbər verir ki, tədbirdə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç də iştirak edib.

Yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə "B" yarımqrupunda yarışacaq.

Fevralın 16-da yarımqrup görüşləri, 17-də final keçiriləcək. Yığmamız ötən il keçirilən analoji yarışı 5-ci yerdə başa vurmuşdu. Sərbəstlərimiz 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti