“Neftçi İdman Klubu”nun güləşçisi Rusiyada fərqləndi

4 Fevral 2017 17:54 Güləş 997
“Neftçi İdman Klubu”nun güləşçisi Rusiyada fərqləndi

Rusiyanın Ryazan şəhərində Sovet İttifaqı qəhrəmanı Vasili Zaytsevin xatirəsinə gənc yunan-Roma güləşçiləri arasında yarış keçirilib. Sportinfo.az xəbər verir ki, turnirdə 21 komandanın tərkibində 168 idmançı gücünü sınayıb.

“Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer almış Kamran Mirzəliyev (60 kq) böyük əzmkarlıq nümayiş etdirib. O, yarımfinalda Rusiyadan olan erməni əsilli idmançı Vladislav Beqyanı, həlledici görüşdə yerli Andrey İvanovu yenərək qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı