Ayxan erməniyə qalib gəldi, dünya çempionu oldu

23 Avqust 2025 04:10 Güləş 830
Ayxan erməniyə qalib gəldi, dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.

Rəqibini 12:5 hesabı ilə məğlub edən A.Cavadov dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM